image-63fd9e5cf3f2bbackend

Rusiya Ukraynanın elektron kəşfiyyat mərkəzini vurub

image-reklam_sirab_01

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun elektron kəşfiyyat mərkəzini və xüsusi əməliyyat mərkəzini vurduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, nazirliyin sözçüsü İqor Konaşenkov bildirib ki, Rusiya qoşunları Ukraynaya hücumlarını davam etdirir.

Rusiya Silahlı Qüvvələrinin öz əməliyyat taktikası və hərbi hava qüvvələri ilə raket və artilleriya birləşmələri ilə Ukrayna ordusunun atəş mövqeləri, hərbi hissələri və texniki maşınlarının yerləşdiyi ərazilərə zərbələr endirdiyini qeyd edən Konaşenkov “Ukrayna Silahlı Qüvvələrinin Kiyev bölgəsində Brovarıdakı elektron kəşfiyyat mərkəzi məhv edilib. Xmelnitski şəhəri yaxınlığında “Qərb” xüsusi əməliyyat mərkəzi də eləcə” ifadələrindən istifadə edib.

Konaşenkov bir ili arxada buraxan mühabirədə Ukrayna ordusuna aid 390 təyyarə, 211 helikopter, 3 min 248 pilotsuz uçuş aparatı, 406 hava hücumundan müdafiə raket sistemi, 8 min 58 tank və zirehli texnika, 1045 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 4 min 228 haubitsa və minaatan, 8 min 574 xüsusi hərbi vasitə vurduqlarını dilə gətirib.

Ukrayna Baş Qərargahı Rusiyanın 5 istiqamətdə 81 hücumunun dəf edildiyini bildirib.

Baş Qərargah Rəisliyinin açıqlamasında ayrıca “Düşmən, dövlətimizin kritik infrastrukturunu məhv etməyə çalışır, hücumları davam etdirir, mülki obyektləri, mənzilləri ağır silahlarla hədəfə alır” ifadəsindən istifadə edilib.

Açıqlamada Rusiyanın Su-25 tipli təyyarəsinin vurulduğu da bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki