Rusiyada səfərdə olan Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə görüşüb.
Vətəninfo.az Rusiya mediasına istinadən xəbər verir ki, görüş çərçivəsində Ermənistan və Rusiya ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın gedişatını, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Rusiya hərbi mənbələrindən mətbuata verilən açıqlamaya görə Ermənistan tərəfi Rusiyada yen silahların alınması ilə bağlı ilkin razılığa gəlib.