image-2222backend

RUSİYA VƏTƏNDAŞ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA – Kadırov da öz ordusunu yaradır

image-reklam_sirab_01

Çeçenistan lideri Ramzan Kadırov Yevgeni Priqojinin “Vaqner” muzdlu qruplaşmasıyla rəqabət aparmaq üçün şəxsi ordusunu quracağını bildirib.

O, bu barədə “Telegram” kanalından paylaşım edib.

Kadırov ötən günkü paylaşımında Ukraynada rus qoşunları ilə birlikdə döyüşən “Vaqner”in uğurlu nəticələr əldə etdiyini, bu səbəbdən də özəl hərbi şirkətlərin zəruri olduğunu bildirib.

“Əminliklə deyə bilərik ki, “Vaqner” hərbi baxımdan öz bacarığını nümayiş etdirdi və bu cür özəl hərbi şirkətlərə ehtiyac olub-olmamasıyla bağlı müzakirələrə birdəfəlik son qoydu. Dövlət qarşısındakı xidmətimi başa vurduqdan sonra əziz qardaşımız Yevgeni Priqojinlə rəqabət aparmağı və özəl hərbi şirkət yaratmağı planlaşdırıram. Düşünürəm ki, hər şey yaxşı olacaq”, – Kadırov bildirib.

Qeyd edək ki, Kadırov və Priqojin Ukraynada Rusiyanın hərbi komandanlığının böyük hissəsinə muxtar olaraq rəhbərlik edirlər və Putinin sadiq müttəfiqləridirlər.

Qərbdən olan diplomatlar bildirirlər ki, “Vaqner”in və digər muzdlu qruplaşmaların Rusiya hərbi komandanlığından kənarda güclənməsi gələcəkdə bu ölkədəvətəndaş müharibəsinə səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, Kadırov Putindən sonrakı dövrə hazırlıq görür və gələcəkdə baş verə biləcək vətəndaş müharibəsinə qədər böyük hərbi qüvvə toplamağa çalışır.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki