image-image_750x_63a1cef906d4ebackend

Rusiya Vikipediyanı əvəzləyəcək platforma hazırlayır

image-reklam_sirab_01

Rusiyada məşhur Vikipediyanın “Знание” (Bilik) portalı ilə əvəzlənməsi planlaşdırılır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Rəqəmsal İnkişaf naziri Maksut Şadayev məlumat verib.
Onun sözlərinə görə, Vikipediyanın rusiyalı analoqu olan “Знание” portalının istifadəyə verilməsi gələn ilin birinci rübündə planlaşdırılır.
Vikipediyanı əvəz edəcək “Знание” platformasının sınaq versiyası artıq hazırdır.

Vikipediyadan fərqli olaraq, “Знание”də məqalə yazmaq üçün siz anket doldurmalı və orada tam soyadınızı, adınızı və ata adını, vəzifənizi, elmi maraq dairənizi və digər məlumatları göstərməlisiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki