image-63be5a5fbf22cbackend

Rusiya yazda daha böyük hücuma hazırlaşır

image-reklam_sirab_01

NATO-nun yüksək səviyyəli hərbi rəsmisi Rob Bauer Türkiyəni Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin təmsil etdiyi NATO Baş Qərargah Rəisləri Yığıncağından sonra mətbuata açıqlamasında bu barədə danışıb.

Vətəninfo.az xəbər verir ki, Rob Bauer bir jurnalistin özünə ünvanladığı ‘Rusiyanın yeni hücum planı var mı’? sualına cavabən deyib: “Rusiyanın strateji hədəfləri dəyişmədiyi üçün yeni hücum həyata keçirəcəyini gözləyirik. Bu təxmindən ibarətdir. Ancaq yaxın zamanadək strateji məqsədlərini dəyişməsələr, çox güman ki, yazda yeni hücuma başlayacaqlar. Ukraynalılar ehtimal olunan belə bir plana qarşı tədbirli olmalıdılar”.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki