image-photo_190346backend

Rusiya yeni ilin ilk günündə 720 hərbçi, 44 PUA İTİRDİ

image-reklam_sirab_01

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 107440 (+720) nəfər canlı qüvvəsi, 3031 (+0) tank, 6093 (+9) ədəd zirehli döyüş maşını, 2027 (+6) ədəd artileriya sistemi, 423 (+0) reaktiv yaylım atəşi sistemi, 213 (+0) hava hücumundan müdafiə sistemi, 283 (+0) təyyarə, 269 (+0) helikopter, 1836 (+44) PUA, 723 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4725 (+5) avtomobil texnikası və avtosistern, 181 (+0) xüsusi texnikası məhv edilib.

Rusiya ordusu ötən gün ən böyük itkiləri Liman, Baxmut və Avdiyivka istiqamətlərində verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki