Rusiyanın Ural federal vilayətinin şərqində yerləşən kənddə yanğın baş verib.
Vətəninfo.az xəbər verir ki, yanğın zamanı 1 nəfər həyatını itirib, 178 bina, o cümlədən 134 ev dağılıb.
Alovdan zərər çəkən yüzlərlə insan təhlükəsiz ərazilərə köçürülüb. Yanğını söndürmə işlərində 380-dən çox qüvvə, 112 yanğınsöndürən maşını və bir helikopter iştirak edib.
Yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib. Faktla bağlı istintaq başladılıb.