image-63ee3b1be061cbackend

Rusiyada bu sözlər qadağan edildi

image-reklam_sirab_01

Bundan əlavə, qanunla rus ədəbi dilinin normalarına uyğun gəlməyən jarqon sözlərdən istifadə qadağan olunub

Vətəninfo.az xəbər verir ki, Rusiyada parlamentin aşağı palatası Dövlət Duması yazışmalarda əcnəbi sözlərin istifadəsini məhdudlaşdıran qanun qəbul edib.

Dumada keçirilən sessiyada Rusiyanın dövlət və özəl sektorunda rus ədəbi dilinin normalarına riayət edilməsi haqqında qanun qəbul olunub.

Sözügedən qanuna görə, rus dilində qarşılığı olmayan və lüğətlərdə olan sözlər istisna olmaqla, bütün səviyyələrdə dövlət və özəl şirkətlərdə yazışmalarda əcnəbi sözlərin istifadəsi qadağan edilib.

Bundan əlavə, qanunla rus ədəbi dilinin normalarına uyğun gəlməyən jarqon sözlərdən istifadə qadağan olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki