image-1648647615-8879backend

Rusiyada cəmi 120 İsgəndər qalıb, müasir raketlərin təxminən 80%-i istifadə olunub – Vadim Skibitski 

image-reklam_sirab_01

“Rusiyada cəmi 120 İsgəndər qalıb , müasir raketlərin təxminən 80 faizi istifadə olunub, artıq İranla “Fateh-110” və “Zulfiqar” ballistik raketlərinin alınması ilə bağlı razılığa gəlib.” Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Vadim Skibitskinin The Economist-ə verdiyi şərhdə bildirib.

“Ukraynanın mülki infrastrukturuna zərbə endirərkən terrorçu ölkə müasir raketlərin təxminən 80 faizindən istifadə edib”, – Vadim Skibitski bildirib.

Vadim Skibitskinin sözlərinə görə, Ukrayna hərbi kəşfiyyatı Kremlin İrandan “Fateh-110” və “Zulfiqar” ballistik raketlərini almaq və onları hava ilə Krıma, dəniz yolu ilə isə Xəzərdən Rusiya limanlarına göndərmək planlarından xəbərdar olub.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi deyib: “Biz bilirik ki, artıq razılaşmalar əldə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki