image-777backend

Rusiyada dəhşətli yanğın: 15 nəfər həlak oldu

image-reklam_sirab_01

Rusiyada bu gecə dəhşətli yanğın hadisəsi baş verib. Vətəninfo.az xəbər verir ki,  Moskva yaxınlığındakı gecə klubunda baş verən yanğında azı 15 nəfər ölüb. Ərazidə olan 250 nəfər təxliyə edilərkən, yanğın nəticəsində çoxsaylı insanın yaralandığı bildirilir.  Moskvadan təxminən 300 kilometr şimal-şərqdə yerləşən kiçik  şəhərdəki klubdan 250 nəfər təxliyə edilib. Qubernator Sergey Sitnikov bildirib ki, alovu səhər saat 07:30-da söndürmək mümkün olub.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının terror aktı kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki