Rusiyada dövlət müəssisələrində çalışanlar məcburən “Vaqner” özəl hərbi şirkətinə qəbulunu başlanıb. Vətəninfo.az xəbər verir ki, artıq Belqorod vilayətində sənaye müəssisələrinin işçilərinin “Vaqner” özəl hərbi şirkətinə məcburən fəal cəlb edilməsinə başlanılıb .
Oskol Elektrometallurgiya Zavodunun rəhbərliyi ilə də müvafiq razılıq əldə olunub. Bu barədə sosial şəbəkənin Rusiya seqmentində məlumat yayılıb.
Bildirilir ki, çağırış yaşında olan işçilər əmək haqqı saxlanılmaqla 30 gün müddətinə “Vaqner” PMC-nin bazasında hərbi təlimə cəlb olunacaqlar.
Bütün zavod və fabriklərdə bu kateqoriyadan olan işçilərin 25%-dən ibarət qruplar toplanacaq. Təlimdən sonra onlar özəl hərbi kampaniya ilə müqavilə imzalamağa dəvət olunacaqlar.
Noyabrın 6-da “Vaqner” PVK-nın sahibi, iş adamı Yevgeni Priqojin Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd olan Belqorod və Kursk vilayətlərində Hərbi Təlim Mərkəzlərinin yaradılmasını elan edib.
Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya prezidenti Vladimir Putin hesab edir ki, o, “Vaqnerlər”dən , xüsusən də Baxmut uğrunda döyüşlərdə asılıdır. ISW analitikləri bildirdilər ki, “Vaqner” PMC- nin döyüşçüləri özlərini adi rus qoşunlarından və ORDLO-nun silahlı dəstələrindən fərqləndirməyə çalışır, çox vaxt başqalarının “uğurlarını” özlərinə aid edirlər.
Biznesmen və “Putinin aşpazı” kimi tanınan Priqojin PMC-nin fəaliyyətini inkar etməyi dayandırıb. O cümlədən, şəxsən “məhkumlar” üçün kampaniya aparıb , mindən çox məhbusu öz sıralarına cəlb edib.