image-111backend

Rusiyada güclü partlayış: Təxribat , yoxsa…

image-reklam_sirab_01

Rusiyanın Novosibirsk şəhərində güclü partlayış baş verib. Vətəninfo.az xəbər verir ki, partlayış nəticəsində azı 13 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin baş idarəsinin nümayəndəsi “RİA Novosti”yə bildirib ki, Novosibirskdə qaz partlayışı və yaşayış evinin qismən uçması nəticəsində həlak olanların sayı 13-ə çatıb.

“Rəsmi məlumatlara görə, 22 nəfər xəsarət alıb”, – agentliyin həmsöhbəti əlavə edib.

Dünən səhər saatlarında Linenaya küçəsində məişət qazının partlaması nəticəsində beşmərtəbəli yaşayış evinin dörd girişindən ikisi qismən dağılıb. 30-a yaxın mənzil uçub.

Bundan əvvəl Daxili İşlər və Rabitə Nazirliyi axtarış-xilasetmə işlərinin başa çatması barədə məlumat vermişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki