image-rusiya-cagirisci-696x392backend

Rusiyada ikinci səfərbərlik dalğası – “İtlərlə qovacaqlar”

image-reklam_sirab_01

“Rusiyada səfərbərliyin ikinci dalğası başlayır. Bunun sayəsində Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yeni hücum üçün ehtiyat qüvvə yığmağa ümid edir. Lakin lazımi sayda “çağırışçılar”lərin cəlb edilməsi Kreml üçün çox çətin məsələ ola bilər”.

Bunu TSN “Youtube” kanalında yayımlanan ümumukrayna telemarafonunda ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bir gündən sonra səfərbərliyin başlanması gözlənilir. Səfərbərlik indi də davam edir. Sadəcə yanvar ayında əhəmiyyətli dərəcədə artacaq, çünki bu gün keçirdikləri “yığım” artıq kifayət etmir”, – deyə ekspert qeyd edib.

Jdanov Rusiya Federasiyasında səfərbərliyin birinci və ikinci dalğalarının fərqlərindən danışıb.

“Birinci dalğada döyüşmək istəyənlər, ideoloji meylli insanlar olacaq. Həmçinin çağırış vərəqəsini alıb birinci dalğaya gedənlər qanuna tabe olan vətəndaşlar olacaq. Daha ağıllı olanlar və döyüşmək istəməyənlər isə indi xaricdədir… Və ikinci dalğaya düşənlər – qaçacaqlar, onları tutmaq üçün itlərlə qovalayacaqlar.

Ekspert qeyd edib ki, Rusiya lazımi sayı əldə edə bilmədiyini anladığı üçün sərhədi bağlamaq istəyir. Onun fikrincə, çağırışçıların yetməzliyi müəyyən olunmuş tarixdə yeni hücumla bağlı hazırlığın aşağı olmasına səbəb ola bilər.

“Həmçinin bu səbəbdən fevral-mart aylarında Putinin ortaya çıxarmağa heç bir qüvvəsi olmaya bilər. O hətta 200 min deyil, 100 min çıxaracaq və hərbçilər də tankların üzərində deyil, yük maşınlarında olacaq”, – deyə ekspert əlavə edib.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Federasiyasının yanvarın 5-də başlada biləcək yeni səfərbərlik dalğası barədə məlumat vermişdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki