image-1backend

Rusiyada kəskin  virus yayılıb

image-reklam_sirab_01

Rusiyada qrip, COVID-19 və ARVI-ya yoluxma hallarında artım qeydə alınıb.Vətəninfo.az xəbər verir ki, bu barədə “Известия” Rospotrebnadzor və Smorodyntsev qrip tədqiqat institutlarının məlumatlarına istinadən yazır.

Qeyd olunur ki, xəstələnmə əmsalı hər 10 000 nəfərə 128,1 hadisə təşkil edir ki, bu da standart normadan 83% çoxdur. Mütəxəssislər vəziyyəti triademik, üç virusun eyni vaxtda yayılması kimi xarakterizə edirlər. Hazırda A qripi (H3N2) əsasən yayılır. Fevral-mart aylarında xəstələnmənin azalacağını gözləmək olar.

Rospotrebnadzor izah etdi ki, dekabrın 18-24-də infeksiya səviyyəsi daha 5% artıb. Smorodintsev adına Qrip Elmi-Tədqiqat İnstitutu noyabrın əvvəlindən xəstələnmənin tədricən artdığını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki