image-reklam-veteninfo
image-1backend

Rusiyada məktəbdə qumbara partladı – Məllimlər yaralandı

image-reklam-veteninfo

Rusiyada terrorizmə qarşı təlimlər zamanı məktəbdə səs-işıq qumbarası partlayıb. Dörd müəllim yaralanıb.

Vətəninfo.az xəbər verir ki, hadisə Moskva vilayəti Serkovo kəndindəki 21 nömrəli məktəbdə Şelkovo şəhər rayon administrasiyası tərəfindən keçirilən ümumxalq antiterror təlimləri zamanı baş verib. Bir anda məktəbin pəncərəsindən elektroşok qumbarası atılıb; o, masanın üzərinə düşüb və partlayıb.

Nəticədə dörd müəllim göz xəsarətləri və sıyrıntılar alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Hadisənin başvermə səbəbləri araşdırılır.

112-nin məlumatına görə, iki qadın və bir kişi xəstəxanaya yerləşdirilib. Bir müəllim hər iki gözündən yara alıb, digər iki müəllim isə qapalı baş xəsarəti alıb. Digər bir qadına hadisə yerində tibbi yardım göstərilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki