image-659ad7d387a3fbackend

Rusiyada miqrantların əmək fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunur

image-reklam_sirab_01

Vətənunfo.az xəbər verir ki, Rusiya Federasiyasında miqrantların əmək fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Yanvarın 7-dən Rusiyada işləmək üçün patent alan əcnəbilər iki ay ərzində əmək fəaliyyəti barədə DİN-in ərazi bölməsinə məlumat verməlidirlər. Eyni zamanda, onlar əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin surətini də təqdim etməlidirlər. Əmək fəaliyyəti haqqında məlumat verilmədiyi təqdirdə əcnəbinin patenti ləğv olunur.

Qeyd edək ki, indiyədək əcnəbilər patent alandan sonra əmək fəaliyyətinə başlamaları barədə məlumatı istənilən vaxt təqdim edə və patentin məbləğini ödəyərək Rusiya ərazisində qala bilirdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki