Rusiyada səfərbərliyə çağrılanlar Ulyanovsk hərbi hissəsində etiraz aksiyası keçirib.

Çağırışçılar kütləvi şəkildə hərbi hissənin həyətində toplaşıblar. Onlar vəd edilən ödənişləri almadıqları üçün narazılıqlarını bildiriblər.

Etiraz edən hərbçilərlə məsələnin aydınlaşdırılması üçün Milli Qvardiya göndərilib. Tezliklə etirazçıları sakitləşdirmək mümkün olub. Bəzi məlumatlara görə, zabitlər səfərbər olunanları vəd edilən pulu tezliklə alacaqlarına sonunda inandıra biliblər.