image-taxilbackend

Rusiyadan taxıl müqaviləsi ilə bağlı bəyanat: Riskli və zəmanət verilmir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,taxıl dəhlizi sazişindən çıxan Rusiyadan yeni açıqlama gəlib. Kremlin sözçüsü Peskov bildirb ki, Ukraynanın addımları taxıl müqaviləsinə xələl gətirdi və  taxıl müqaviləsi riskli vəziyytə düşdüyü üçün zəmanət verilmir. Peskov qeyd edib ki, Türkiyə və BMT ilə bu istiqamətdə  əlaqələri davam edir.

Peskov bildirib ki, taxıl dəhlizi boyunca gəmilərin keçidini təmin etmək qeyri-mümkün hala düşüb, ona görə də taxıl müqaviləsi risklər səbəbindən artıq fəaliyyət göstərmir.

Ukraynanı Sevastopoldakı hərbi bazaya SİHA hücumu təşkil etməkdə ittiham edən Rusiya həftələrlə gündəmdə saxladığı  oynunu oymamağa başlayıb və cavab olaraq  kremlin taxıl dəhlizi sazişini dayandırıb.

Türkiyə, Ukrayna və BMT ərzaq daşımalarını Rusiyasız davam etdirməkdə qərarlıdır. Qlobal ərzaq böhranının qarşısını almaq üçün iyulun 22-də İstanbulda imzalanan saziş davam edəcək.

HaberGlobal xəbər verir ki, Türkiyə, Ukrayna və BMT ilk növbədə 16 gəminin fəaliyyət planı və 40 gəminin yoxlanılması ilə bağlı razılığa gəlib. Bu çərçivədə 354 min ton kənd təsərrüfatı məhsulu daşıyan 12 gəmi Ukraynanın üç limanını tərk edib. Gəmilər Afrika, Asiya və Avropa ölkələrinə gedəcək. 4 gəmi Ukraynaya daxil olacaq.

Bundan əlavə, daha əvvəl İstanbula çatan gəmilərin yoxlanılmasına yenidən başlanılıb. Tərəflər Rusiyanın sazişdən çıxmasına baxmayaraq, gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün öz hərəkətlərini əlaqələndirirlər.

BMT Nümayəndəliyi məsələ ilə bağlı Rusiyaya məlumat verib. Rusiya rəsmisi qərarın məcburi olmadığını bildirib.
BMT-nin Qara dəniz taxıl sazişi üzrə koordinatoru Əmir Abdulla Moskvaya xəbərdarlıq edib. O izah edib ki, mülki yük gəmiləri heç vaxt hərbi hədəf ola bilməz və ya girov götürülə bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki