image-rusiya_binalarbackend

Rusiyanın bu bölgələrində dağıntılar gözlənilir – Xəbərdarlıq

image-reklam_sirab_01

Rusiyanın dörd federal dairəsinin regionlarında güclü qar yağması və sonra əriməsi bina və tikililərin uçmasına səbəb ola bilər.

Bu xəbərdarlıq Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun saytında yerləşdirilib.

“Uzunmüddətli yağıntı proqnozuna və mövcud vəziyyətə əsasən, belə hadisələrin ən yüksək ehtimalı Primorsk, Xabarovsk və Krasnoyarsk diyarlarında, Novosibirsk və İrkutsk vilayətlərində, Xantı-Mansiysk və Yamal-Nen muxtar dairələrində, Tuva Respublikasında və Şimal-Qərb federal dairəsinin böyük hissələrində proqnozlaşdırılır”, – deyə məlumatda qeyd olunur.

İnstitut qeyd edir ki, çoxillik statistik məlumatlara əsasən, fevral ayında binaların enli konstruksiyalarının elementlərinin uçması, evlərin və tikililərin uçuq-sökük dam örtüyü ilə bağlı hadisələrin sayı artır.

Belə hadisələrin əsas səbəbləri güclü qar yağması və əriməsidir, nəticədə quru qarın çəkisi xeyli artır. Qarın və sırsıraların vaxtında təmizlənməməsi, təmir işlərinin aparılmaması da öz təsirini göstərir.publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki