image-tabutbackend

Rusiyanın dəhşətli itkiləri açıqlandı – Güman edildiyindən də çoxdur

image-reklam_sirab_01

Rusiyanın Ukraynaya təcavüzündən sonra verdiyi itkilərlə bağlı yeni dəhşətli rəqəmlər açıqlanıb. Məlumata görə, bu rəqəmlər güman edildiyindən 30-40 çoxdur.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, Rusiya İkinci Dünya müharibəsindən bəri ən böyük itkilərini Ukraynadakı müharibədə verib.

Bildirilib ki, Rusiyanın Ukraynadakı itkiləri təxminən 200-250 mindir: “Buraya Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ilə yanaşı, “Vaqner” muzdlu hərbi təşkilatının nümayəndələri, qondarma DNR və LNR silahlıları, həmçinin digər qruplaşmalar daxildir”.

Analitiklərin fikrincə, Rusiyanın Ukraynadakı itkiləri əvvəlki münaqişələrdəki, o cümlədən Əfqanıstan, Çeçenistan müharibələrindəki itkilərdən dəfələrlə çoxdur.

Mərkəzin hesabatında bildirilib ki, Kreml Ukraynaya qarşı müharibə ilə bağlı yanlış hesablamalar aparmışdı: “Rusiyada elə bilirdilər ki, ukraynalılar Ukraynadakı mövcud hakimiyyəti və Prezidenti Volodimir Zelenskini dəstəkləməyəcəklər. Ukraynanın uğuru həm də texnika, xüsusilə PUA-larla bağlıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki