image-reklam-veteninfo
image-1backend

Rusiyanın hərbi aerodromu dronlarla VURULDU

image-reklam-veteninfo

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın nəzarətində olan Krım yarımadasındakı Saki hərbi aerodromuna pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, SBU-nun “Telegram” kanalında yayılan məlumata görə, əməliyyat Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya təzyiq göstərmək məqsədilə başladılan 40 günlük xüsusi əməliyyatı çərçivəsində həyata keçirilib.

Qurumun bildirdiyinə görə, hücumun əsas hədəfi hərbi aerodromun infrastrukturu, xüsusilə də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin saxlanıldığı anqarlar olub.

Açıqlamada qeyd edilir ki, təyyarələrin yerləşdirildiyi anqarlara ümumilikdə beş pilotsuz uçuş aparatının zərbəsi təsdiqlənib.

İlkin məlumatlara əsasən, hücum zamanı iki anqarda Su-30 və Su-30SM tipli qırıcılar yerləşib. SBU bildirir ki, zərbədən sonra Su-30SM təyyarəsinin olduğu anqarda yanğın baş verib ki, bu da hədəfin vurulduğunu göstərir.

Qurumun qiymətləndirməsinə görə, bu tip qırıcı təyyarələrin hər birinin dəyəri komplektasiyadan asılı olaraq 30–50 milyon ABŞ dolları arasında dəyişir.

Ukrayna tərəfi bundan əvvəl də Krım istiqamətində bir sıra hərbi əməliyyatlar həyata keçirdiyini açıqlayıb. Bildirilir ki, pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Krasnodar diyarı ilə Krım arasında hərbi yük daşınmasında istifadə olunan “Panagia” gəmisinə zərbə endirilib.

Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri daha əvvəl Be-12 “Çayka” tipli amfibiya təyyarəsinin, üç hərbi qayığın və bir təminat gəmisinin məhv edildiyini də bəyan edib.

Rusiya Müdafiə Nazirliyi isə bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib və yayılan məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki