Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Ukrayna mediasının məlumata görə, hücum nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub.
Məlumata görə, son dəqiqələr ərzində Kiyev istiqamətinə “Kalibr”, “Geran”, “Sirkon” və “İsgəndər” tipli raketlər buraxılıb.
Bundan əlavə, Kiyev Su Elektrik Stansiyası ərazisinə və Çerniqov şəhərinə də zərbələr endirildiyi bildirilir.


























