image-bez-nazvaniya-3backend

Rusiyanın Qarabağ dərdi: Kreml niyə başa düşmək istəmir?

image-reklam_sirab_01

“Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edir, amma Rusiya Müdafiə Nazirliyi bu xəbərdarlıqara məhəl qoymur.” –Vətəninfo.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəxzinin rəhbəri , politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, bu Rusiyanın imperiya arzularından irəli gəlir.

“Azərbaycan Müdafiə Nazirliyiqısa müddət ərzində artıq neçənci dəfədir ki, Rusiya “sülhməramlı kontingentinin” rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunmasından narazılığını bildirir. Qarabağ iqtisadi rayonunu “Dağlıq-Qarabağ ərazisi”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni, Suqovşanı “Madagiz” adlandırmaqda davam edirlər. Rusiya rəsmiləri, diplomatları və hərbçiləri İkinci Qarabağ müharibəsindən əvvəl də ərazi bütövlüyümüzə və suvenerliyimizə hörmət etmirdilər, Xankəndini nə vaxt öz adıyla yazıblar ki? Kreml sahibi Vladimir Putin bircə dəfə hərbçilərinə desə ki, Qarabağla bağlı yazışmalarda və açıqlamalarda Azərbaycan qanunlarına riayət edin, “sülhməramlı kontingenti” şəhər, qəsəbə və kəndlərimizin adlarını olduğu kimi vurğulayar. Bunu etmirlərsə, demək Kremldən “Azərbaycan qanunlarına hörmət edin” təlimatı almayıblar.”- deyə politoloq qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki