image-6317326ef21036317326ef210416624646226317326ef21016317326ef2102backend

Rusiyanın “Qarabağ dərdi”: Vardanyan Xankəndinə niyə transfer olunub?

image-reklam_sirab_01

Məlum olduğu kimi, prezident İ.Əliyev “Dağlıq Qarabağın statusu” barədə danışıqların müharibə nəticəsində bağlandığını bildirib.

Amma Rusiya “Qarabağ oyununu ” davam etdirir.

Ruben Vardanyanın Qarabağa gətirilməsi də bu oyunun tərkib hissəsidir. Ruben Vardanyanın Qarabağa gəlişi və bu bölgənin “hökumətinin rəhbəri” vəzifəsinə başlaması Moskvanın regionda öz mövqelərini gücləndirmək istəyi kontekstində nəzərdən keçirilməlidir. Kreml burada Əliyev və Paşinyandan asılı olmayan oyunçu kimi çıxış edir.

Bu o demək deyil ki, Rusiya Qarabağın muxtariyyətini İrəvanda düşünüldüyü formada müdafiə etməyə hazırlaşır. Moskva öz mövqelərini gücləndirir, təsirini genişləndirir. Sonrası isə sövdələşmə və kompromis mövzusudur. Kreml Azərbaycan və Türkiyə ilə razılaşmağa doğru gedəcək, eyni zamanda öz təsirini genişləndirmək

üçün Qarabağ kartını əlində saxlayacaq.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki