image-1667977294_arayik-vardanyanbackend

Rusiyanın Ruben Vardanyan kartı: Aruthunyandan imtina, yoxsa imitasiya

image-reklam_sirab_01
“Ruben Vardanyan Qarabağa sentyabr ayında gəlib və cəmi 4 ay içərisində separatçıların lideri halına gəlib, o Araik Arutunyanı arxa plana keçirdib. Ruben Vardanyan şəxsi reklamına xüsusi diqqət ayırıb. Gəldiyi 4 ayda müxtəlif ölkələrin nəşrlərinə müsahibələr verib, onun tez-tez Rusiyanın televiziya kanallarında müsahibələri yayımlanır.”- Vətəninfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov “o bizdən deyil” desə də, Kremlin nəzarətindəki media Vardanyana informasiya dəstəyini artırıb.
“Vardanyan Xankəndidəki bugünkü mitinqin piarını da təşkil edib, elə indicə “Evronyus” kanalında geniş reportaj yayınlandı, proqramda ermənilərin mövqeyi işıqlandırılıb.Əlbəttə, biz haqlıyıq və doğru bildiyimiz yolla gedirik, müxtəlif istiqamətlərdən təzyiqlər qərarımıza təsir etmir. Ancaq qızışan informasiya müharibəsində geri qala bilmərik, bu hərbi qarşıdurma ilə yanaşı həm də bir beyin yarışmasıdır, əks-həmlələr barədə düşünməli, Vardanyan amilinin zəifləməsinə çalışmalıyıq.”- deyə Elxan Şahinoğlu bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki