NATO-nun baş katibi Mark Rutte “The Washington Post” qəzetində dərc olunmuş məqaləsində bildirib ki, NATO üzv dövlətləri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək zirvə görüşündə on milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalayacaqlar.
NATO-nun baş katibi bildirib ki, “Liderlər Ankarada toplaşanda Avropa və Şimali Amerikadakı şirkətlərlə on milyardlarla dollarlıq yeni müqavilələr elan edəcəyik. Həmçinin, bu günün və sabahın təhlükəsizlik ehtiyaclarını ödəmək üçün əsas texnologiyalara necə investisiya qoyduğumuzu göstərəcəyik”. Onun sözlərinə görə, Ankara sammitində Şimali Atlantika Alyansı ölkələri “müdafiəyə necə investisiya qoyduqlarını, təhlükəsizliklərini yenidən balanslaşdırdıqlarını və sənaye bazalarını gücləndirdiklərini” göstərmək niyyətindədirlər.
Şimali Atlantika Alyansının yüksək səviyyəli görüşü 7-8 iyul tarixlərində Ankarada keçiriləcək. Avroatlantikizm, Ukrayna və NATO-nun cənub cinahı üçün təhdidlər və çətinliklər sammitin əsas mövzuları arasında olacaq.


























