DÇ-2022-nin E qrupunun son matçında keçiriləcək Kosta Rika-Almaniya matçında fransalı hakim Stefani Frappart fit çalacaq. Vətəninfo.az xəbər verir ki, beləliklə, Frappart dünya çempionatı tarixində bir matç idarə edən ilk qadın hakim olacaq.
Dekabrın 1-i E qrupunda saat 22:00-da keçiriləcək Kosta Rika – Almaniya matçını baş hakim Stefani Frappart idarə edəcək . Stefani Frappartın köməkçiləri yenə qadın hakimlər Neuza Back və Karen Diaz olacaq.