image-1backend

Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək, səlahiyyətli nümayəndələr təyin olunacaq

image-reklam_sirab_01

Sabah – iyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, iclasda partiya Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək.

Toplantıda parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki