image-dcf4ea41-e2af-42eb-8e0e-bb4bf8ee5067backend

Sabiq deputat Mirkazım Kazımovu  kimlər ziyarət edir? – ÖZƏL

image-reklam_sirab_01

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «Qasid»  Açıq Səhmdar Cəmiyyətinin sədri, eyni zamanda sabiq millət vəkili Mirkazım Kazımov uzun müddətdir müalicə olunur.

Vətəninfo.az xəbər verir ki, uzun illər hakim Yeni Azərbaycan Partiyasının  68 saylı Cəlilabad kənd seçki dairəsində millət vəkili olmuş Mirkazım Kazımov hazırda ev şəraitində müalicə olunur.

Maraqlıdır görəsən sabiq millət vəkilini, millət vəkilinin dostlarından kimlər ziyarət edir?

Redaksiyamızın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Mirkazım Kazımovla parlamentdə deputat olmuş, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Elton Məmmədov  onu ziyarət edib.

Eyni zamanda əldə etdiyimiz məlumata görə, hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı olan, sabiq millət vəkili  Əhəd Abıyev və hazırda Salyan rayon İH-nin başçısı, sabiq millət vəkili Sevindik Hətəmov da Mirkazım Kazımova baş çəkərək onu ziyarət ediblər.

Qeyd edək ki, Mirkazım Kazımov hər zaman media əməkdaşları ilə ünsüyyətdə olmaqla yanaşı, eyni zamanda onu özlərinin yaxın dostları da hesab ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki