image-img_1382backend

ŞAD XƏBƏR: Türkiyə 5-ci nəsil KAAN-dan sonra, 6-cı nəsil KAAN-na hazırlaşır

image-reklam_sirab_01

 KAAN-ın P0 prototipinin inkişaf prosesinin arxasında əslində türk millətinin gücü dayanır. Şirkətiin istehsal prosesi zamanı 100-dən çox yerli şirkətlə birlikdə müxtəlif tədqiqatlar aparmaqdadır.

Vətəninfo.az xəbər verir ki, KA AN-nən 30 alt sistemdən 24-ü yerli şirkətlərdən tədarük edilib. Hazırda KAAN-ın lokallaşma səviyyəsi 90 faizə çatıb. Xarici şirkətlərdən tədarük olunan hissələrin lokallaşdırılması işləri davam edir.

şirkətdən verilən məlumata görə, 29 KAAN prototipi 2028-ci ilə qədər istehsal olunacaq .P1 prototipinin istehsal prosesi qrafikə uyğun olaraq davam edir. Çətin qrafiki də olan KAAN-ın yeni prototipi 2024-cü ildə anqara köçürüləcək, eniş şassisinə quraşdırılacaq və gələn il ilk uçuşunu edəcək.

Şirkətdən verilən məlumata görə, 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təslim edəcəyi təyyarələr də daxil olmaqla cəmi 29 KAAN prototipi istehsal edəcək. Anqarda eyni vaxtda iki təyyarənin yığılması planlaşdırılır. Dünyada hələ konsept mərhələsində olan 6-cı nəsil təyyarə üzərində işlər də şirkətin iş proseslərindəndir. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki