Avstriyanın Salzburq Universitetinin Ermənişünaslıq kafedrası Qarabağda erməni mədəni irsinin öyrənilməsinə dəstək verəcək və 5 lahiyəni maliyyələşdirəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni mediaı məlumat yayıb. Erməni mediasının məlumatına görə tədqiqat layihələri Salzburq Universitetinin Ermənişünaslıq kafedrası ilə sıx əməkdaşlıq və elmi məsləhətlər əsasında həyata keçiriləcək. Həmçinin Salzburq Universitetin əməkdaşlarının Qarabağa səfəri təşkil ediləcək. Nəticələr gələn ilin sonunda, həmçinin Salzburq Universitetində elmi məruzələr və məqalələr şəklində ümumiləşdiriləcək.