Cənubi Koreya prokurorları noyabrın 17-də keçirilən məhkəmə iclasında Samsung Electronics şirkətinin rəhbəri Cey Liyə 5 il həbs cəzası istəyib. O, mühasibat fırıldaqlarında və səhmlərin qiymətləri ilə manipulyasiyada ittiham olunur. Li ona qarşı irəli sürülən ittihamları rədd edir. Bu barədə Vətəninfo.az Reuters” agentliyinə istinadən xəbər verir.
Bu, birinci instansiya məhkəməsində sonuncu iclasdır. 3 ildir davam edən məhkəmə prosesinə son qoyacaq hökmün yaxın aylarda çıxarılacağı gözlənilir.
Bu, Cey Liyə qarşı son davadır. Bundan əvvəl o, Samsung-un baş direktoru vəzifəsini qoruyub saxlamağa imkan verən başqa bir iş üzrə bəraət qazanmışdı.
Prokurorlar noyabrın 17-də keçirilən dinləmədə bildiriblər ki, 55 yaşlı Li Samsung filiallarının 2015-ci ildə 8 milyard dollar dəyərində birləşməsini təmin etmək üçün qanunu pozub.
Li və digər şirkət rəhbərləri iddiaları rədd edərək, birləşmənin və iddialara səbəb olan sonrakı mühasibat proseslərinin normal idarəetmənin bir hissəsi olduğunu deyiblər.
Li əvvəllər Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın Heyə rüşvət verməkdə təqsirli bilinib və 2017-2021-ci illər arasında ümumilikdə 18 ay həbsdə olub. zamanı. 2021-ci ildə şərti azadlığa buraxılıb, 2022-ci ildə əfv edilib.


























