image-reklam-veteninfo
image-img-20260930-wa0086backend

Şanlıurfa valisi: “Azərbaycan və Türkiyə qardaşlığını heç kim poza bilməz”

image-reklam-veteninfo

Şanlıurfa Valisi Hasan Şıldak saytımıza özəl açıqlamasında son günlər sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı yayılan müzakirələrə və təbliğat xarakterli paylaşımlara münasibət bildirib.

Vali qeyd edib ki, sosial şəbəkələrdə aparılan bu cür təbliğat Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinə heç bir şəkildə zərər vura bilməz.

“Azərbaycan və Türkiyə qardaşlığı əbədidir. Bu dostluğu və qardaşlığı heç kim poza bilməz. Türkiyənin və Azərbaycanın sarsılmaz dostluğu düşmənlərimizi qorxuya salıb”, – deyə Hasan Şıldak bildirib.

Şanlıurfa valisi vurğulayıb ki, Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan bağlar yalnız siyasi münasibətlərlə məhdudlaşmır, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə söykənir.

Hasan Şıldak sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan təbliğatın nəticə vermədiyini də qeyd edib:

“Bu təbliğatı aparanlar heç bir şeyə nail ola bilmədilər. İki qardaşı bir-birindən ayırmaq mümkün deyil və bunu heç kim bacara bilməz”.

Valinin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri qarşılıqlı etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edir və ayrı-ayrı təbliğat kampaniyalarının bu münasibətlərə təsir göstərməsi mümkün deyil.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki