image-reklam-veteninfo
image-1backend

Sarkisyanın əmlakı müsadirə EDİLDİ

image-reklam-veteninfo

Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti Ser Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən bir sıra aktivlərin dövlətin xeyrinə müsadirə olunması barədə qərar qəbul edib.

Vətəninfo.az xəbər verir ki, məhkəmə qərarı qüvvəyə mindikdən sonra İrəvanda yerləşən üç daşınmaz əmlakdan biri tam, ikisi isə qismən müsadirə ediləcək. İstintaq orqanlarının qənaətinə əsasən, həmin əmlakların qanunsuz yolla əldə edildiyi müəyyən olunub.

Bundan əlavə, Sarkisyana məxsus olduğu bildirilən 202 milyon 998 min dram məbləğində bank əmanəti, eləcə də bu vəsait üzrə hesablanmış 74 milyon 716 min dram faiz gəliri də dövlətin xeyrinə müsadirə ediləcək. Ümumi məbləğ təxminən 277 milyon 714 min dram (təxminən 1 milyon 291 min Azərbaycan manatı) təşkil edir.

Məhkəmə qərarına əsasən, əlavə olaraq 352 milyon 438 min dram (təxminən 1 milyon 638 min manat) məbləğində vəsaitin də müsadirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistan məhkəmələrində Serjik Sarkisyan barəsində korrupsiya, qanunsuz varlanma və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları üzrə bir neçə cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki