Media subyektlərinə reysterə düşmək üçün 20 öz xəbər tələbi məsələsi çox müzakirə olunur.
Vətəninfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
O bildirib ki, bu 20 xəbər tələbi 20 yeni xəbər demək deyil.
“Bizə subyekt müraciət edir və görürük ki, ayda sayta bir dənə material qoyur. Buna biz necə media deyək?! Bu tələb qoyulanda geniş müzakirə aparılmışdı. Hesab edirəm ki, lentinizdə özünüzə aid minimum 20 xəbər olmalıdır. Türkiyədə bu tələb daha yüksəkdir. Təbii ki, dəyişiklik ola bilər. Lakin hələlik, 20 tələb yaxşıdı”.