Türkiyədə çıxışları ilə gündəm olan Sedat Pekeri təhqir edən və bunu öz sosial hesabından yayan Cenk Çelikin öldürülməsi Türkiyə polisini ayağa qaldırıb.
Vətəninfo.az xəbər verir ki, Cenk Çelikin Ümraniyədə silahlı hücum nəticəsində öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində 15 nəfər həbs edilib. Qətlin sifarişçisi kimi Sedat Peker göstərilsədə polis bu barədə heç bir açıqlama verməyib. Cinayəti Adanada “Baygaralar Qrupu” törətdiyi haqqında məlumat verilib. Tutulan 15 nəfərin təşkilatla əlaqəsi olduğu məlum olub.