Xəbər verdiyimiz kimi, Teleqram kanallarında Sədərək Ticarət Mərkəzində mebel sexlərindən birində yanğının başlaması barədə görüntü paylaşılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, yanğınla bağlı hər hansı çağırış daxil olmasa da, yanğınsöndürmə briqadaları əraziyə cəlb edilib, lakin mebel anbarında hər hansı bir yanğın qeydə alınmayıb:
“Sözügedən videogörüntüdə göstərilən ərazidə yerləşən mebel anbarında hər hansı yanğın hadisəsi baş verməyib. Sadəcə olaraq sahibkar kiçik bir sahədə məişət tullantılarını yandırıb. Həmin yanğın isə ətrafdakı insanlar tərəfindən söndürülüb. Yanğınsöndürmə briqadalarının müdaxiləsinə heç bir ehtiyac qalmayıb”.