Bu gün İranın Moskvadakı səfiri Kazım Cəlali Ukraynanın Xəzər dənizində gəmiyə hücuma görə Tehrana hələ də təzminat ödəmədiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Cəlali RİA Novosti-yə müsahibəsində İranın Kiyev hökumətindən həm hadisə nəticəsində dəymiş zərərə görə təzminat, həm də xəsarət alan şəxslər üçün kompensasiya tələb etdiyini deyib.
İran diplomatı hadisəni “terror aktı” və “mülki gəmiyə qəsdən hücum” kimi dəyərləndirib. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiha iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı zamanı hadisəyə görə üzr istəyib.
Cəlali bildirib ki, buna baxmayaraq, Tehran Kiyevin dəymiş zərəri tam şəkildə ödəməsini tələb edir. O, habelə, Ukraynanın Avropa və ABŞ-dəki tərəfdaşlarının da Kiyevin addımlarına görə məsuliyyət daşımalı və Ukraynanın məsuliyyətə cəlb olunmasına çalışmalı olduğunu deyib.


























