image-download-4backend

Səlahəddin Dəmirtaş Öcalanla görüşmək üçün hərəkətə keçdi

image-reklam_sirab_01

Ədirnə Həbsxanasında həbsdə olan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş İmralı həbsxanasında saxlanılan terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək üçün nazirliyə ərizə təqdim etdiyini açıqlayıb.Vətəninfo.az xəbər verir ki,  Demirtaş, “Biz münaqişələrin qarşısını almaq üçün siyasətçilər olaraq təşəbbüs göstərmək üçün bu müraciətləri edirik. İnanıram, ümid edirəm və arzu edirəm ki, bu yaxşı niyyətli təşəbbüs də ictimaiyyətdə geniş dəstək tapacaq”. deyə bildirib.

Vəkilləri vasitəsilə Halk TV-də bir proqrama mesaj göndərən Dəmirtaş HDP rəhbərliyi ilə onun İmralı ilə heç bir əlaqəsi və görüşü olmadığını bildirib. Dəmirtaş deyib: “Yeni bir həll prosesinin başlayacağına dair ən kiçik bir işarə və ya məlumat yoxdur.
Dəmirtaşın açıqlamaları belə davam edir: “Əsəddən Sisiyə, səudiyyəlilərdən Birləşmiş Ərəb Əmirliklərinə və İsrailə qədər hər kəslə görüşmək qanuni sayılsa da, kürdlərə gəlincə Türkiyənin bunu yerləşdirməsi son dərəcə əlverişsiz bir siyasətdir”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki