Serb kralı Vukasin Mrnjavceviç qardaşı Uqljesa Mrnjavceviç ilə birlikdə 1371-ci ildə Evros çayında I Murata hücum etmək üçün 70 minlik ordu toplayır. Vatikan, Papa V Urban ona dəstək üçün çağırış edir və bəzi ölkələr serblərə dəstək üçün onlara qoşulur. Lakin 70 minlik ordu, kral, Avropa səlibçilərinin gözləmədiyi bir fakt var idi. Onları qarşılayan illərlə döyüş təcrübəsi olan Lalə Şahin paşa idi. Cəmi 800 nəfər Osmanlı əsgəri o boyda ordunu gecə ikən məhv etdi. Evros çayında ətrafında Paşa serb kralını şəxsən öldürdü. Osmanlı bütün Serbiyanın sahibi oldu.
Dünən də Qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının finalçıları Türkiyə və Serbiya idi. Bütün Avropa Serbiyanın tərəfində idi. Bütün xristian Avropası. İmkanı olsa idi Vatikan yeni səlib yürüşü elan edərdi Türk millisinə. Amma yenə də tək Türkiyə sadəcə Asenaları sayəsində bütün Avropaya qalib gəldi. Bütün Avropa başa düşdü ki, Türkiyənin Qol Gücü döyüş və idmanda da eynidir. Qılınc vuran qol topu da eyni vurmağa gücə sahibdir.
Bütün Avropa nə ilə Türk üzərinə gəlirsiz gəlin, o cürə də cavabını alıb məğlub olacaqsınız…
Atatürkün də xəyalı bu idi…
Təbrik edirəm Türkiyə ..Eşq olsun Asenalar.
Türk seriallarının birində belə cümlə işlədilir
“Gəlin ya, bütün sülalənizi yığın gəlin ya, gələcəyiniz varsa görəcəyiniz də var ”
Zaur Əliyev