image-000backend

SENSASİON FAKT: ABŞ  Tehrana dron hissələri tədarük edir

image-reklam_sirab_01

Rusiyanın İrandan aldığı PUA-lar böyük marağa səbəb olub. Məlum olub ki, Ukraynada vurulan İran pilotsuz təyyarələrinin istehsalında istifadə olunan hissələri ABŞ və Avropa ölkələrindəki şirkətlər istehsal edib. Vətəninfo.az xəbər verir ki, bu hissələrin İrana təhvil verilməsi ilə bağlı Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu keçən ay dərc etdiyi hesabatda qeyd edib ki, Çin şirkətləri İrana Qərb istehsalı olan hissələri tədarük edə bilər.

Ukrayna kəşfiyyatı tərəfindən əldə edilən İran pilotsuz təyyarələrinin detalları Müstəqil Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (NAKO) tərəfindən araşdırılıb. Tehranın Rusiyaya verdiyi PUA-ların hissələrinin gəldiyi yer təəccüb yaradıb.

NAKO Rusiyanın Ukraynada istifadə etdiyi İran istehsalı olan PUA-ların hissələrinin dörddə üçünün ABŞ-da istehsal olunduğunu açıqlayıb. “Məlum oldu ki, Ukraynada vurulan İran PUA-larında tapılan hissələrin əksəriyyəti ABŞ, Avropa və Qərb müttəfiqləri tərəfindən istehsal edilib”, – Londonda yerləşən Middle East Eye bildirib.

Qərbin ikiüzlülüyü üzə çıxdı!  ABŞ-ın İrana embarqosu Tehrana pilotsuz təyyarələrin hissələri satır

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu keçən ay dərc etdiyi hesabatda Çində yerləşən şirkətlərin İrana Qərb istehsalı olan hissələri tədarük edə biləcəyinə dair sübutların olduğunu bildirib. Müdafiə sənayesi və Qərb təhlükəsizlik mənbələri bildirirlər ki, hissələrin əksəriyyəti ixrac nəzarətindən keçmir, asanlıqla onlayn alına bilər və beynəlxalq ictimaiyyətdə şübhə doğuran üçüncü ölkələr vasitəsilə İrana tədarük edilə bilər.

İranın Birləşmiş Millətlər Təşkilatının missiyası Tehran administrasiyasının Ukrayna ilə texniki ekspertlər səviyyəsində görüşməyə, həmçinin pilotsuz təyyarənin və hissələrin mənşəyi ilə bağlı təhqiqata başlamağa hazır olduğunu açıqlayıb. Qərb ölkələrinin İrana qarşı sanksiyalarına baxmayaraq, Tehran administrasiyasının Qərb hissələri ilə PUA istehsal etməsi diqqət çəkir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki