image-319636816_5751172904968081_4615876733794202196_nbackend

Sensasion iddia: Aksiyaçılar həbsxanada zorlanır

image-reklam_sirab_01
İranda aksiyada həbs edilən qadın və qızlar əxlaqsızlığı təbliğ etməkdə günahlandıraq  həbs edilir, sonra isə zindanlarda cinsi təcavüzə uğrayırlar.
Vətəninfo.az xəbər verir ki, bu iddia ilə  “Human Rights Watch” və “Amnesty International” təşkilatları məlumat yayıblar. Hər iki təşkilat İranda bir çox cinsi təcavüz hallarını müstəqil şəkildə sənədləşdirib. Nyu-Yorkda fəaliyyət göstərən İran İnsan Haqları Mərkəzinin əməkdaşı Hadi Qaemi Tehranın yoxsul məhəlləsindən olan 14 yaşlı bir qızın məktəbdə baş yaylığını çıxararaq etiraz etdiyini bildirib.
Yeniyetmə qız müəyyən edilərək “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilmişdi. Bir müddət sonra o, şiddətli vaginal yırtıqlar diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Qız elə xəstəxanada dünyasını dəyişib. Anası ictimaiyyətə çıxmaq istədiyini dedikdən sonra yoxa çıxıb .

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki