İran öz istehsalı olan pilotsuz uçuş aparatlarının dünyanın ən yaxşısı olduğunu iddia edirdi. Ukrayna- Rusiya savaşı göstərdi ki, İranın istehsal etdiyi PUA-lar kefiyyət və döyüş qabiliyyəti baxımından olduqca zəifdir. Vətəninfo.az xəbər verir ki, ABŞ mediası iddia edir ki, İran istehsalı olan “Mohajer-6″ pilotsuz uçuş aparatı İsrail istehsalı olan PUA-nın eynisidir.
“İran tərəfi bu modeli İsraildən oğurlayıb və avadanlıqları belə özü istehsal etməyib. Bu dronlardakı hissələr ABŞ, Yaponiya, Avstriya və Çində istehsal edilib.” -ABŞ mətbuatı yazır.