image-waving-iran-flag-above-skyline-of-tehran-at-sunsetbackend

SENSASİON İDDİA: İran tezliklə Səudiyyə Ərəbistanı və İraqa hücum edəcək

image-reklam_sirab_01

ABŞ-ın aparıcı qəzetlərindən biri olan “Wall Street Journal” İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün tezliklə Səudiyyə Ərəbistanı və İraqa hücum edə biləcəyini yazıb. Qəzet həmçinin iddia edib ki, alınan kəşfiyyat məlumatlarına görə Səudiyyə Ərəbistanı və ABŞ təşviş vəziyyətinə düşüb.

Vətəninfo.az xəbər verir ki, qəzetə danışan ABŞ və Səudiyyə rəsmiləri İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini açıqlayıb.

ABŞ XƏBƏRDARLIQ ETDİ

Səudiyyə Ərəbistanının bu kəşfiyyatı ABŞ rəsmiləri ilə paylaşdığına diqqət çəkən xəbərdə iki ölkə və bəzi digər ölkələrin ordularının həyəcan vəziyyətində olduğu bildirilib.

“MÜDAFİƏ ÜÇÜN HƏRƏKƏT EDƏCƏK”

Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi də iddialardan narahatlığını ifadə edib; “Hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə Ərəbistanı ilə daimi təmasdayıq. Bölgədəki maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki