image-999backend

SENSASİON İDDİA: Mühacirləri öldürmək üçün “kölgə ordusu” yaradıldı

image-reklam_sirab_01

Egey dənizində mühacirlərin qayıqlarını dəfələrlə batıraraq onların ölümünə səbəb olan Yunanıstan hökumətinin sensasion əməlləri ortaya çıxıb. Vətəninfo.az xəbər verir ki, iddiya görə Yunanıstan qaçqınlara işgəncə vermək və öldürmək üçün yeni komanda yaradıb. Qurulan komandanın “kölgə ordusu” adlandırıldığı bəlli olub.

Əl-Cəzirə telekanalının şahid ifadələri və fotoşəkillərinə görə, müxtəlif millətlərdən olan bu maskalı dəstə mühacirlərin qayıqlarını batırır. Meşədə gizlənən dəstə üzvləri dəniz quldurları kimi mühacirlərə işgəncə verir, pullarını və pasportlarını da əlindən alırlar.

Yunanıstan hökuməti maskalı ordunun mövcudluğunu indiyə qədər qəbul etməsə də, Yunanıstan müxalifətinin müavini və keçmiş maliyyə naziri Yanis Varufakis Kölgə Ordusunu ifşa edən Əl-Cəzirə telekanalına deyib ki, Avropa qurumları, Aİ, Yunanıstan hökuməti və digər hökumətlər insanlığa qarşı cinayətlərdə əlbirdirlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Yunanıstan 2020-ci ildən Türkiyəyə 61 737 immiqrant göndərib ki, bunun da 14 987-si quru sərhədindəndir. Geri çəkilən 152 miqrant ölüb, 200-ü yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki