Rusiya III Dünya savaşına hazırlıqlara başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Medianın özəl mənbələrdən aldığı məlumata görə artıq Rusiyanın bir çox böyük şəhərlərində bomba sığınacaqları inşa edilir.

Ukrayna mediası iddia edir ki, Moskvanın Tsaritsıno rayonunda yeraltı avtomobil dayanacağı bomba sığınacağına çevrilir.

Məlumata görə, orada 2 min nəfər gizlənə biləcək.

Kaspiyskaya küçəsindəki yeni binada avtodayanacağın müdafiə obyektinə çevrilməsi planlaşdırılır.

Hər şeyin qaydalara uyğun olması üçün yeraltı dayanacağa kanalizasiya və su xətti çəkiləcək.

Ukrayna mətbuatı iddia edir ki, artıq Rusiya hökuməti bu işləri  “Mosvodokanal” şirkətinə həvalə edib və şirkət Moskvada yüzlərlə belə sığınacaq inşa edəcək.

Plana görə, parkinq 2023-cü ilin may ayına qədər bomba sığınacağına çevrilməlidir.

Qeyd edək ki, Moskvada fövqəladə hallar üçün 400-dən çox bomba sığınacağı və bunker var.