Rus işğalçıları “vətənpərvərlik tərbiyəsi” üçün Luqansk vilayətindən uşaqları kütləvi şəkildə Çeçenistana aparırlar . Vətəninfo.az xəbər verir ki, bu sensasion iddia ilə Luqansk meri Sergey Qayday çıxış edib.
Qayday bildirib ki, artıq yüzdən çox yeniyetməlnin Rusiya Federasiyası ərazisinə daparılması faktı var.
“Təəssüf ki, biz hamımız hətta Çeçenistana aparılan yeniyetmələri də gördük. Çeçenistanın rəhbəri Ramzan Kadırov çox fəxr edirdi ki, onun şəxsən özü hazırlayacağı ukraynalıların gənc nəsli var. Biz onun bu yeniyetmələri niyə öyrədəcəyini başa düşürük.”-deyə Qayday bildirib.