image-reklam-veteninfo
image-1backend

SEPAH-dan şok açıqlama : Hörmüz boğazı açılmayacaq

image-reklam-veteninfo

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı fəaliyyətini davam etdirdiyi təqdirdə Hörmüz boğazının yenidən açılmayacağını bəyan edib.

Vətəninfo.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, SEPAH bununla bağlı yazılı açıqlama yayıb. Bəyanatda bildirilir ki, Hörmüz boğazı İranın nəzarəti altındadır və ABŞ-ın regional dəniz nəqliyyatına müdaxiləsi və təhdid xarakterli addımları davam etdiyi müddətdə boğazın açılması gündəmdə deyil.

Açıqlamada həmçinin vurğulanıb ki, ABŞ-ı dəstəkləyən ölkələr mövqelərini dəyişmədikləri halda, onlara qarşı “sərt cavab” verilə bilər.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biri hesab olunur və burada baş verən hər hansı gərginlik qlobal neft bazarına birbaşa təsir göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki