image-4444backend

SEPAH generalı Azərbaycanı  hədələdi

image-reklam_sirab_01
 İran İnqilabının Keşikçiləri Korpusuna bağlı “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Rəşid Azərbaycanı və qonşu ölkələri hədələyib. Vətəninfo.az xəbər verir ki, SEPAH generalı  qonşu ölkələrin İranın təhlükəsizliyi üçün təhdid olacaq addımlar atdığını qeyd edib.
“İranın milli təhlükəsizliyini təhdid etmək məqsədilə sionist rejimlə əməkdaşlıq edən və bu rejimə baza və imkanlar verən istənilən ölkə, həmin bazalar və İrana hücumun mənşəyi olan İsrail İran silahlı qüvvələrinin hücum hədəfi olacaq”.
Onun sözlərinə görə, İranın ərazi sularına, adalarına, sahillərinə və obyektlərinə hücum etmək istəyən istənilən düşmən vahid və koordinasiyalı şəkildə və çox geniş coğrafi ərazidə İranın ordusu, SEPAH və regional gücünen bütün müdafiə və hücumu ilə darmadağın ediləcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki