image-7777backend

SEPAH generalı olan deputat yenə Azərbaycanı hədələdi: Bakı tora düşməməlidir

image-reklam_sirab_01
İran parlamentinin Tehrandan seçilmiş üzvü (keçmiş SEPAH generalı) İsmayıl Kövsəri  yenə Azərbaycanı hədələyən bəyanat verib. Vətəninfo.az xəbər verir ki, SEPAH generalı bildirib: “Azərbaycan səfirliyində baş verən hadisədən yararlanmaq və bulanıq sudan balıq tutmaq istəyən dairələr bilsinlər ki, İran İslam Respublikasının hakimiyyət orqanları fürsətçilərin oyununa düşməkdən qat-qat müdrik və ağıllıdırlar”.
O, həmin dairələrə səslənərək xəbərdarlıq edib ki, onlar Azərbaycanın İrandakı səfirliyinə hücum məsələsində öz məqsədlərinə çatmayacaqlar.
Baş verən terror aktını “şəxsi zəmində bir məsələ” kimi qələmə verməyə cəhd edən iranlı deputat iddia edib: “Hadisənin ilk saatlarında bundan sui-istifadə edən dairələr hücumu terror aktı kimi təqdim etməyə çalışsalar da, səfirliyə hücum edən şəxsin dindirilməsi zamanı onun şəxsi motiv əsasında bunu etdiyi müəyyən edilib”.
“İran və Azərbaycan dostluq və qardaşlıq münasibətlərinə malikdir və ümumi və dini ortaq cəhətlərə malikdir. Son illərdə iki ölkə arasında fikir ayrılığı yaratmaq üçün həyata keçirilən bir çox konspirasiyalara baxmayaraq, iki ölkənin dostluq və qardaşlıq əlaqələri hələ də davam edir”,-deyə o, əlavə edib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki